7 avqust 1930-cu ildə Bakı şəhərində anadan olub.

1950 – Ə. Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib;

1955 – Litva Dövlət Rəssamlıq İnstitutunu bitirib;

1955 – Azərbaycan Rəssamlar İttifaqının üzvüdür;

1964 – Azərbaycan SSR Əməkdar Rəssamı fəxri adına layiq görülüb;

1967 – Azərbaycan SSR Xalq Rəssamı fəxri adına layiq görülüb;

1980 – SSRİ Dövlət mükafatı laureatı olmuşdur;

1989 – SSRİ Xalq rəssamı fəxri adına layiq görülüb;

2010 – Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilib;

1950-ci ildən sərgilərdə iştirak edir;

Əsərləri dünyanın bir çöx ölkələrində dövlət və şəxsi kolleksiyalarda saxlanılır;

8 iyun 2013-cü ildə Parisdə vəfat etmişdir.

Toğrul Nərimanbəyovun tablolarındakı milli folklorun ruhu ilə canlanan fantasmaqorik dünya Azərbaycanın ənənəvi təsviri sənətinə xas olan fiqurativ-assosiativ simvollarla doludur. Onun əsərləri şərq ənənəçiliyinin plastik ifadə dili ilə qərb mədəniyyətinə məxsus olan təsvir sistemlərinin sintezindən yaranır. Coşqun və parlaq kolorist istedadına malik olan bu rəssam öz dünyasını yaratmağı bacarmışdır. Həmin dünyada yer və kainat, adi hadisələr və fantastika, maddə və mənəviyyat kimi materiyanın müxtəlif növləri mürəkkəb harmonik tarazlıq atmosferində qonşuluq edir. Onun tabloları yer üzündəki həyatın zəngin çeşidli formaları ilə doludur və bu formalardan hər birinin öz maddi təcəssümü vardır. Rəssamın ekspressionist rəsm üslubu kompozisiya müstəvisinin quruluş tərzində, tablodakı forma və əşyaların demormasiyaya uğramasında, pardaq kontrast rənglərdə öz ifadəsini tapır. Rəssam maddi dünyanın xüsusiyyətlərinin rəsmini yaratmaqdan daha çox, reallığı dərindən, hissiyyatla dərk edərək təsvir etmək arzusundadır.

Toğrul Nərimanbəyovun tablolarında canlanan şəhərlərdə, göy üzündəki buruq-buruq buludlarda, şahə qalxmış köpüklənən dalğalarda, gül açmış ağacların zil rənglərində, biri-birinə söykənmiş evlərdən gələn yumşaq, ilıq və mehriban işıqda, adam dolu küçələrdə, müştəriləri razı salmaq üçün çayxanada ora-bura vurnuxan ofisiantlarda, payız rənglərinə boyanmış ağacın başındakı yuvada balasına yem verən quşda həyat qaynayır. Onun tabloları əbədi həyatla doludur, bu rəsmlər maraqlı təfsilatlarla dolu və sevə-sevə nəql edilən uzun dastana bənzəyir.

“Nar” qalereyasının kolleksiyasındakı “Çayxana” silsiləsindən olan rəsmlərə diqqət etmək tövsiyə edilir. Bu tabloların əsas orijinal personajı ecazkar xüsusiyyətlərə malik olan Həyat Ağacıdır. Həmin Həyat Ağacı sanki gündəlik dünya reallığının ilahi reallığa çevrilməsinin mücəssiməsidir, o ilahi reallığa ki, insanlara həyat və firavanlıq bəxş edən Təbiətin əbədiliyini və dəyişməzliyini təmsil edir.

Toğrul Nərimanbəyovun “Narlar” tablosu “Nar” qalereyasının əldə etdiyi ilk əsər olaraq bu şəxsi kolleksiyanın mötəbər simvoluna çevrildi. Həm bərəkəti, həm də həyatın özünü təcəssüm edən nar öz qalın qabığı altında qiymətli nar dənələrini gizlətdiyi kimi, bu qalereya da incədən-incəyə topladığı əsərlərdən ibarət bu mədəniyyət xəzinəsini qoruyub saxlayır.

Keçən əsrin 60-cı illərində Azərbaycanda rəsmi səviyyədə qəbul və təsdiq edilmiş incəsənət məkanının periferiyasında sovet ideologiyasının təlqin etdiyi təsviri sənət prinsiplərindən fərqlənən novator rəngkarlıq formaları inkişaf etməyə başladı. Bu cərəyana sovet ideologiyasının estetik meyarları ilə ziddiyyətdə olan və sosialist realizminin prinsipləri ilə toqquşan təsvir metodlarından istifadə edən rəssamlar qoşuldular. Həmin rəssamlar Abşeron təsviri sənət məktəbinin banilərinə çevrildilər və Sovet rejimi dağıldıqdan sonra inkişaf edən yeni incəsənət üçün zəruri olan zəmin hazırladılar. Azərbaycan rəssamlarının non-konformist pleyadası sıralarında Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Kamal Əhmədovun və Gennadi Brijatyukun adlarını çəkmək lazımdır.

HƏYAT HADİSƏLƏRİ
1930
Doğulub
1950
Ə. Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib;
1955
Litva Dövlət Rəssamlıq İnstitutunu bitirib;
2013
Dünyasını dəyişib
TƏDBİRLƏR
1998
Fərdi sərgi, Fransanın Mədəniyyət Nazirliyinin sərgi zalı, Paris, Fransa;
1995
Fərdi sərgi, YUNESKO-nun binasında, Paris, Fransa;
1992
Çingiz Aytmatovun iştirakı ilə fərdi sərgi, Luksemburq;
1989
Fərdi sərgi, Alvares qalereyası, Paris, Fransa;
1988
Fərdi sərgi, İncəsənət qalereyası, Sofiya, Bolqarıstan;
1983
Fərdi sərgi, Mərkəzi qalereya, Belqrad, Yuqoslaviya;
1982
Fərdi sərgi, Mərkəzi Rəssamlar Evi , Moskva, Rusiya;
1981
Fərdi sərgi, Mərkəzi rəsm qalereyası, Ştudqart, Bonn, Köln, Aaxen;
1978
Fərdi sərgi, Havana, Kuba;
1974
Fərdi sərgi, Lvov, Ukrayna;
1972
Hindistana həsr olunmuş fərdi sərgi, Dostluq evi, Moskva, Rusiya;
1972
Fərdi sərgi, Məzkəzi sərgi zalı, Vilnüs, Litva;
1968
“SSRİ muzeylərindən şedevrlər”sərgisi, Qrand-Pale, Paris, Fransa;
1967
Fərdi sərgi, Şərq muzeyi, Moskva, Rusiya;
1965
Fərdi sərgi, Praqa, Bratislava;
Göyçayda payız
Göyçayda payız
Kətan, yağ, 85x95 sm
2000-ci illər
Nağıllar aləmində
Nağıllar aləmində
Kardon/yağ, 100*70
Çayxana
Çayxana
Kətan, yağ, 160x140 sm
2000-ci illər
Köhnə Bakı haqqında xatirələr
Köhnə Bakı haqqında xatirələr
Kətan, yağ, 160*180
Adsız
Adsız
Kətan, yağ, 117*140
Komposiziya
Komposiziya
Kətan, yağ, 125x125 sm
1968
Güllər
Güllər
Kətan, yağ, 79х97
Samovarla natürmort
Samovarla natürmort
Kətan, yağ, 140x120 sm
2000-ci illər
Bakının payız küçəsi
Bakının payız küçəsi
Kətan, yağ, 138x119 sm
2000-ci illər
Çinar
Çinar
Kətan, yağ, 99*90
Sevincli bir gün. Dağlar mənzərəsində meyvələr.
Sevincli bir gün. Dağlar mənzərəsində meyvələr.
Kətan, yağlı boya, 95x103
1995
Şərq nağılı
Şərq nağılı
Kətan, yağ, 230x240 sm
1987
  • Göyçayda payız
    RƏSM HAQQINDA
    Ad:
    Göyçayda payız
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    85x95 sm
    İl:
    2000-ci illər
  • Nağıllar aləmində
    RƏSM HAQQINDA
    Ad:
    Nağıllar aləmində
    Təsvir:
    Kardon/yağ
    Ölçülər:
    100*70
    İl:
  • Çayxana
    RƏSM HAQQINDA
    Ad:
    Çayxana
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    160x140 sm
    İl:
    2000-ci illər
  • Köhnə Bakı haqqında xatirələr
    RƏSM HAQQINDA
    Ad:
    Köhnə Bakı haqqında xatirələr
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    160*180
    İl:
  • Adsız
    RƏSM HAQQINDA
    Ad:
    Adsız
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    117*140
    İl:
  • Komposiziya
    RƏSM HAQQINDA
    Ad:
    Komposiziya
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    125x125 sm
    İl:
    1968
  • Güllər
    RƏSM HAQQINDA
    Ad:
    Güllər
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    79х97
    İl:
  • Samovarla natürmort
    RƏSM HAQQINDA
    Ad:
    Samovarla natürmort
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    140x120 sm
    İl:
    2000-ci illər
  • Bakının payız küçəsi
    RƏSM HAQQINDA
    Ad:
    Bakının payız küçəsi
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    138x119 sm
    İl:
    2000-ci illər
  • Çinar
    RƏSM HAQQINDA
    Ad:
    Çinar
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    99*90
    İl:
  • Sevincli bir gün. Dağlar mənzərəsində meyvələr.
    RƏSM HAQQINDA
    Ad:
    Sevincli bir gün. Dağlar mənzərəsində meyvələr.
    Təsvir:
    Kətan, yağlı boya
    Ölçülər:
    95x103
    İl:
    1995
  • Şərq nağılı
    RƏSM HAQQINDA
    Ad:
    Şərq nağılı
    Təsvir:
    Kətan, yağ
    Ölçülər:
    230x240 sm
    İl:
    1987