Londonda Cavad Mircavadovun sərgisi

16 fevral tarixində Londonda keçirilən ikinci Beynəlxalq Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur “Sotheby's” hərrac evində tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən sayılan Cavad Mircavadovun sərgisi açılıb.
“Nar” rəsm qalereyası həmin sərgi üçün rəssamın 6 ədəd möhtəşəm əsərlərini təqdim etdi.

16 fevral tarixində Londonda keçirilən ikinci Beynəlxalq Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur “Sotheby’s” hərrac evində tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən sayılan Cavad Mircavadovun sərgisi açılıb.

“Nar” rəsm qalereyası həmin sərgi üçün rəssamın 6 ədəd möhtəşəm əsərlərini təqdim etdi.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

“Sotheby’s” hərrac evinin baş direktorunun müavini Lord Poltimore Azərbaycan incəsənətinin dünya sənət aləmində özünəməxsus yeri olduğunu qeyd edib. O, azərbaycanlı rəssamın sərgisinə ev sahibliyi etməkdən məmnunluqlarını ifadə edib.

http://sia.az/az/news/social/461392-londonda-azerbaycanli-ressamin-sergisi-acilib

http://a24.az/leyla-eliyeva-london-sergisinde/

Məkan:

Sotheby’s, London, United Kingdom

Giriş detalları:
16 February 2015