Aprelin 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi Şurası

Aprelin 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi Şurası gənc və istedadlı tələbələrin peşəkar rəssamlar kimi yetişməsinə yardımını və töhfəsini nəzərə alaraq milyarder Fərhad Əhmədova Fəxri Doktor adı verib.

Akademiyanın yaydığı məlumata istinadla xəbər verir ki, Fəxri Doktor adı verilərkən iş adamının beynəlxalq reputasiyalı incəsənət əsərlərinin kolleksiyaçısı və dəyərvericisi olduğu da nəzərə alınıb.

Elmi Şurada müzakirələr zamanı habelə Fərhad Əhmədovun iri mesenat olduğu da vurğulanıb. Bildirilib ki, o, uzun illərdir öz vəsaitini Azərbaycanın mənəvi və intellektual potensialının möhkəmləndirilməsi, azərbaycan incəsənətinin ən yaxşı nümayəndələrinin dünyanın aparıcı mədəniyyət mərkəzlərində tanıdılması naminə səxavətlə xərcləyir.

Bildirilib ki, Fərhad Əhmədov istedadlı gənclərin rəsm layihələrinin dəstəklənməsinə xüsusi diqqət ayırır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında on ildir ki, onun sponsorluğu ilə sərgilər və müsabiqələr keçirilir. Bu müsabiqələrin qalibləri tanınmış muzeylərə baş çəkmək üçün xarici səfərlərə getmək imkanı qazanırlar. Orada onlar dünya rəssamlıq irsinin nümunələri ilə tanış olur. Akademiyanın 25 ən istedadlı tələbəsinə Əhmədov tərəfindən xüsusi təqaüd verilir.

Habelə F.Əhmədovun dəvəti əsasında yüksək rütbəli xarici qonaqlar Rəssamlıq Akademiyasına baş çəkir və orada gənc rəssamların əsərləri ilə tanış olurlar. Xarici qonaqlar bu səfərlərin nəticələrinə əsasən hər dəfə tələbə-rəssamların istedadlarından məmnun qalırlar. Məsələn, Monako Knyazı II Albert xüsusi qeyd edib ki, Akademiyanın tələbələrinin yüksək rəssamlıq istedadı onu xoş mənada təəcübləndirib.

Fəxri Doktor adının verilməsi mərasimində F.Əhmədov cavab nitqi ilə çıxış edərək Akademiyanın Elmi Şurasına onun fəaliyyətinin bu cür yüksək qiymətləndirilməsinə görə təşəkkür edib. Bildirib ki, bu yüksək ad onun üzərinə əlavə məsuliyyət qoyur və iş adamı həm Akademiyanın təqaüdçülərinin sayının ikiqat artırılacağını, həm istedadlı gənc rəssmların xarici səfərlərinin, o cümlədən Paris və Madrid kimi incəsənət mərkəzlərinə səfərlərinin sayının artırılmasına dəstək verəcəyini bildirib.

Məkan:
Giriş detalları: