Venice Biennale

Mayın 6-da 56-ci “Venesiya Biennalesi” – Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunda iki sərginin rəsmi açılış mərasimi oldu.
“NAR” rəsm qalereyası öz tərəfindən bu sərgidə Azərbaycanın 2 məşhur rəssamının 6 əsərini təqdim etdi.

Venesiyanın izdihamlı məkanlarının birində – Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonunda ilk olaraq Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərlərinin təqdim olunduğu “Hüdudları aşaraq” (“Beyond the Line”) sərgisinin açılış mərasimi keçirildi.

Sovet rejimində kommunist ideologiyasına qarşı çıxan, “üsyankar” mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmir, rəssamlar ölkədən kənara çıxa bilmirdilər. “Hüdudları aşaraq” sərgisi indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.

Mayın 6-da Venesiya Biennalesində “Vita Vitale” beynəlxalq sərgisi də açılacaq. Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir.

Sərgi noyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın nüfuzlu sərgisi hesab olunur. Venesiya Biennalesi müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və müasir meyilləri müzakirə etmək üçün gözəl fürsətdir.

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də ölkəmizin Venesiya Biennalesində iştirakı layihəsidir.

Müxtəlif ölkələr və fərqli mədəniyyətlərin təmsil olunduğu bu sənət festivalında Azərbaycan 2007-ci ildən iştirak edir. Bu il ölkəmiz Venesiya Biennalesində artıq 5-ci dəfədir təmsil olunur.

http://metbuat.az/news/114927/azerbaycan-heyder-eliyev-fondu-ve-idea-nin-desteyi-ile-venes.html

Məkan:

Biennale, Venice, Metropolitan City of Venice, Italy

Giriş detalları:
6 - 8 May, 2015