Tahir Salahov
29 noyabr 1928–ci ildə Bakı şəhərində anadan olub;
1950 – Ə.Əzimzadə adına Dövlət Rəssamlıq məktəbini bitirib;
1957 – V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq bölməsini bitirib;
1963-1974 – M.Ə.Əliyev ad. Azərbaycan Dövlət Incəsənət İnstitutunda müəllim peşəsində çalışıb;
1967 – Azərbaycan SSR Xalq Rəssamı fəxri adına layiq görülüb;
1973 – SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib;
1975-ci ildən – V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda professor vəzifəsində çalışır:
1984-1992 – V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun “Rəssamlıq və kompozisiya” kafedrasına rəhbərlik etmişdir;
1979-cu ildən – Rusiya Rəssamlıq Akademiyasının rəngkarlıq bölməsinin akademik-katib vəzifəsində çalışır;
1992 – YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının prezident müavini vəzifəsinə seçilib;
1996 – Rusiya Federasiyasının Xalq Rəssamı fəxri adına layiq görülüb;
1997 – Rusiya Rəssamlıq Akademiyasının prezident müavini vəzifəsinə seçilib;
1998-2003 – Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordeni ilə təltif edilmişdir;
2008 – “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir;
2009 – Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişafında görkəmli nailiyyətlərinə görə Fransanın “İncəsənət və ədəbiyyat” şərəf ordeni ilə təltif edilmişdir;
2010 – Üçüncü dərəcəli “Şərəf” və “Şöhrət” ordeni ilə təltif edilmişdir Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmişdir.