Bakıda Əşraf Muradın sərgisi

Martın 15-də XX-XXI əsrlər Azərbaycanın Rəsmi Muzeyində "YARAT" Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə Əşrəf Muradın "Sevgi və etiraz" sərgisi təşkil edilmişdir

Sərgidə rəssamın təxminən 40 dan çox əsəri təqdim olunub. Onların yarısı məşhur rus iş adamının azərbaycan mənşəli, xeyriyyəçi və sənət əsərlərinin kolleksiyaçı olan Fərhad Əhmədova məxsusdur. Qeyd edək ki, iş adamının sərgisindəki 20-dən çox azərbaycanlı rəssamın, müxtəlif istiqamət və nəsillərə aid əsərləri saxlanılsa da Əşrəf Muradın təxminən 130 əsərini xüsusi mehribanlıqla saxlayır. Üstəlik, o, bir çoxunun paytaxtın müxtəlif yaradıcı emalatxanalarında çürümüş olduqları zaman onları məhv olmaqdan xilas etdi.

İncəsənətin inkişafına əvəzsiz bir töhfə verən və sonrakı nəsil rəssamlarının əsl ilham mənbəyi olan, XIX əsrin ən görkəmli Azərbaycan rəssamlarından olan Əşrəf Muradın (1925-1979) həyatı və işi barədə nə bilirik?

Ümumiyyətlə, Əşrəf Muradoğlunun taleyi çox qeyri-adi idi. Bakıda Mercedes-in ilk sahibi, sürətlə sürməyi, caz musiqini sevən, hətta bu musiqinin üslubuna uyğun saçını da düzəltmişdi. 1950-ci illərin sonlarında, zamanın məşhur sənətkarı – qızıl gənclər – bu avtomobilə doldurularaq köhnə Bakı küçələrindən ötüb keçirdilər. Bu qədim küçələrdə gəncliyin zəfərini qeyd edən gənclər, xoşbəxtlik və qayğısızlıq  simvolunu tərənnüm edirdi.

Ətrafdakıların paxıl baxışları altında onlar özlərini ulduz atını yəhərləyən atlılar kimi hiss edirdilər. Əşraf gözəllik, istedad və adlı sanlı nəsildən olduğu üçün seçilirdi. O, küçəyə çıxdıqda hər kəs onun hündür incə qamətinə baxırdı. Bu da onun cazibədar xarakterinin gücü idi, daxilində o qədər nur var idi ki, heyranedici baxışlar şleyfi daima onun arxasınca uzanırdı. Bütün qızlar yalnız Əşrəfə aşiq idi. O isə yalnız birini – Sevili sevirdi.

Yeri gəlmişkən, əsərləri arasında sevgilisi Sevilə ünvanladığı məktub maraq doğurdu. “Mən məharətlə danışa bilmərəm, mən yaza bilmərəm, amma sizə çatdırmaq istədiyim, demək istərdiklərim o qədərdir ki, lakin dilim mənim düşmənimdir. Ürəyim düyünür, dilim susur, duyğularımın bir hissəsini belə ifadə edə biləcək düzgün sözlər tapa bilmir. Ah, Sevil! Anlayın, məni bağışlayın, məni dinləyin. Mənə rus dilinin bütün incəliklərini hələ də bilmirəm. Amma bütün cəsur gəncliyin gizli  arzuları, gənc ürəyin bütün nəcib impulsları, hər kəsə yaxın və tanış olan sevən bir ruhun bütün əzabları mənim üçün tanışdır. Bəs sizə necə, Sevilya bunlar tanışdırmı? ” Bu, zamanında sənət tənqidçisi və yazıçı Sara Nəzirovanın təsadüfən aşkar etdiyi məktubdan  bir parçadır.

Maraqlıdır ki, Əşrəf Murad bütün ömrünü evsiz yaşadı. Onun evi və iş yeri Bakı İnşaatçılar prospektində kiçik bir atelye oldu. Hamıdan çox sifarişlər, o cümlədən tarixi mövzularları olan hökumətin sifarişlər alan rəssam zəngin bir insan ola bilərdi. Lakin o fərqli bir yol seçdi və avtomatik olaraq gözdən düşdüı. Əşrəf Muradoğlunun yaradıcılığ Sovet ideologiyasına zidd idi. Rəssam təqibə məruz qaldı, həbs edildi,  hətta onunla uzun danışıqlardan, döyülməyindən və işgəncələrdən sonra belə yolundan çəkilmədi, əksinə, yaradıcı nərdivanı ilə daha da yüksəldi. Uzun müddət onu anlamaq istəmirdilər. O qəribəl bir rəssam idi, dünyaya fərqli baxışlarla baxırdı. İlk fərdi sərgisi yalnız 1984-cü ildə doğma Bakı şəhərində onun vəfatından sonra açıldı. Onda hər kəs  bu unikal fırça ustasının iri ölçülərdə rəsmlərinə heyranlıqla baxırdılari – o zaman bu əsl fantastika idi …

Əşrəf Muradın yaradıcılığı və onun rəng çalarlarının mükəmməlliyi yalnız qədim xalçalarımızın və tirmənın rəng çalarları ilə müqayisə edilə bilər. Əşrəfin yaradıcılığının milli xarakteri məhz folklor əsasında formalaşıb. Bu “Ata və Oğul”, “Musiqiçilər”, “At” rəsmlərində aydın görünür. “Teheran Konfransı” (eyni Əhmedovun kolleksiyasından) rəsmində Rüzvelt, Çörçill və Stalin kimi tarixi şəxsiyyətlərin obrazlarını canlandırmaq  üçün rəssam monumental rəsm tərzindən istifadə edir. Personajlar sanki səhnədə aktyorlar kimi güclü işıqla işıqlandırılır.

Ruhunda, rəsmlərində olduğu kimi, işığın və qaranlığın, yaxşılıq və pisliyin sonsuz mübarizəsi gedir. Məhz bu səbəbdən, onun personajları cəmiyyətə cidd və özlərində(ə) cəmlənmişdilər, onların baxışlarında metafiziki olan nəyisə rəssam ani olaraq tutub və əbədiləşdirməyi bacardı. Bu hiss onun rəsmlərinin plastik dilində, dəqiq kompozisiya qərarları, personajlarının təhrif olunmuş fiqurları və tünd palitrası ilə daha da güclənir. Qüvvə, güclü şəxsiyyət və tiraniya, fırça ustasının təsvir etdiyi xasiyyətlərin formalaşmalaşdırdığı leytmotivlər- budur. Əşrəf Murad- məhz o rəssamlardandır ki, yaradıcılığı  sanki onların kədərli  taleyinin davamı, xəyalı isə iztirab və yüklənmiş şüurun məhsuludur. Bu şüur ​​bizi güzgü arxasına,qəbul edilən rəng hissiyyatına qarşı üsyan edən, təhrif olunmuş obyektlərin və qeyri-adi rənglər ahənginin olduğu sehirli aləmə aparır.

Qeyd edək ki, sərgi 16 iyun tarixinə qədər təqdim olunacaq. Beləliklə, paytaxt sakinlərinin və qonaqların,  təəssüf ki, zamanında dəyərləndirilməyən  rəssamın əl işləri ilə tanış olmaq üçün kifayət qədər vaxt vardır.

Məkan:

XX-XXI əsrlər Azərbaycanın Rəsm Muzeyi

Giriş detalları: