Mahmud Tağıyev
11 iyun 1923-cü il Bakı şəhərində anadan olub;
1941 – Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib;
1949-1953 – Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) rəssamlıq fakültəsində təhsil alıb;
1953-1956 – İ.E.Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb;
1946 – Azərbaycan Rəssamlar İttifaqının üzvü olub;
1968 – Azərbaycan SSR Əməkdar rəssamı fəxri adına layiq görülüb;
1986 – Gürcüstanda, Tiflisdə keçirilən Zaqafqaziya respublikaları 1-ci bienalında diplom ilə təltif olunub;
1996 – BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda təşkil olunan “Müasir Azərbaycan incəsənəti” rəssamlıq müsabiqəsinin 3-cü mükafatına layiq görülüb;
M.Tağıyevin əsərləri Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Suriya və Misirdə sərgilənib;
21 noyabr 2001-ci il – Bakı şəhərində vəfat edib.